18.11.2013
Taksidə gedərək həsrətlə geniş yollara və yol kənarı yaşıllıqlara baxıram. Yol boyu nişanlar və işarələr nabələdi belə istədiyi ünvana çatdırar. Körpü və keçidlərin isə sayı hesabı yox. Bir anlıq bu ölkənin başçısına yazığım gəlir. Adam bu qədər körpü açılışında necə vaxt çatdıraraq iştirak edib ?! Yox, ölkə böyükdür. Yəqin açılışları qubernator edir...yenə tərəddüd edərək şəhər merinin üzərində dayandım. Amma yenə də mümkün deyil. Fiziki olaraq bunu çatdırmaq olmaz. Nəisə. Çox güman ki, körpü, keçid tikərkən lent kəsmə adətləri yoxdu. Bəs işıqlanma. Bəlkə aeroport yolu olduğu üçün belə işıqlanıb. Əlbəttə, elədir ki, var ?! Neftləri yox, qazları yox. “Geydirmə” bir ölkədirlər.
Şenzjen şəhəri şimal yarımkürənin syubtropik coğrafi qurşağında yerləşir. Eyni zamanda dünyanın maliyə nəhənglərindən sayılan Hongkong şəhəri ilə də həmsərhəddir. Şenzjen tarix etibarı ilə yeni şəhər sayılır(1979) və qısa bir zaman kəsiyində çox sürətlə inkşaf etmişdir. Şəhər əsasən elektron mobil texnika sahəsində ixtisaslaşıb və böyük ticarət mərkəzinə çevrilib. Şəhərdə saysız hesabsız hotellər, restoranlar, göydələnlər, parklar, körpülər və keçidlər var. Təsadüfü deyil ki, bu şəhər YUNESCO tərəfindən yaradıcı dizayn şəhəri elan edilib. Və görünən də budur ki, “yavaşlamaq” fikirləri də yoxdu.
İnsanların sıxlığına baxmayaraq onlarda boş yerə qıcıq olub tikinti aparmaq kimi vərdişləri yoxdu. Şəhər bir-birindən gözəl parklar və xiyabanlarla doludu. Tikinti gedən ərazilərdə isə toz-torpaq göyə qalxmır. Yolların təmizliyi ilə məşqil olan xüsusi bir qurum var ki, gecə gündüz yolları yumaqla məşğuldurlar. Parklarda və yol kənarlarında əkilən müxtəlif növ dekorativ ağacların arasında insan özünü cənnətdə imiş kimi hiss edir.
Şəkillərin davamı.
“Bakı
gözəl şəhərdir” deyib inanmışıq ki, dünyanın ən gözəl şəhəri belə olmalı. Şəhərin
gözəlliyi dedikdə ağlımıza yalnız Bakının mərkəzi gəlir. Sahil boyu yerləşən
küçə və prezidentin işi ilə iqamətgahı arasında olan yollar. Bilirik ki, yalnız
bu yollar geniş və işıqlı olmalıdı. Mərmərlə bardürlənməlidi. Yalnız həmin
yolların kənarında yerləşən binaların fasadları üzlənməlidi. Digər yollar
normal olmasa da olar. Toz torpaq, salafanlar göydə uçsa da olar. Digər
kücələr, qəsəbələr qaranlıq zülmətə bürünsə də olar. Fəxr edirik ki, Flame Tower
var, Crystall hall var, tunellər, keçidlər hətta asma körpümüz də var, Koroğlu
dairəsində. Küçələrimizi bahalı bahalı maşınlar bəzəyir. Bakını göydələnlər
şəhəri də adlandırıq bəzən, maksimum 17-22 mərtəbəli qum rəngində olan yaşayış
binalarına görə. Bir birindən seçilməyən Heydər parkları, az qala hər rayonda
tikilən eyni tipli Olimpiya kompleksləri. London taksiləri şəhərimizi lap
Londona bənzədirmiş guya. London dedim
metro yadıma düşdü. Tağı müəllim söz verib ki, 2030 cu ilədək metro
stansiyalarının sayı 73-ə çatdırılacaq. Bir sözlə şəhərimiz gözəlləşir və
inkşaf edir.
Taksidə gedərək həsrətlə geniş yollara və yol kənarı yaşıllıqlara baxıram. Yol boyu nişanlar və işarələr nabələdi belə istədiyi ünvana çatdırar. Körpü və keçidlərin isə sayı hesabı yox. Bir anlıq bu ölkənin başçısına yazığım gəlir. Adam bu qədər körpü açılışında necə vaxt çatdıraraq iştirak edib ?! Yox, ölkə böyükdür. Yəqin açılışları qubernator edir...yenə tərəddüd edərək şəhər merinin üzərində dayandım. Amma yenə də mümkün deyil. Fiziki olaraq bunu çatdırmaq olmaz. Nəisə. Çox güman ki, körpü, keçid tikərkən lent kəsmə adətləri yoxdu. Bəs işıqlanma. Bəlkə aeroport yolu olduğu üçün belə işıqlanıb. Əlbəttə, elədir ki, var ?! Neftləri yox, qazları yox. “Geydirmə” bir ölkədirlər.
18 saat
öncə....
Bakının
hava limanından Çinin Şenzjen(shenzhen) şəhərinə yola düşürəm. O Çinə ki,
çoxlarımız onların istehsal etdiyi məhsullara “kitayski”, “geydirmə” damğası
vuraraq bəyənmirik. Əvvəlcədən şəhərlər arasında müqaisə aparmağa özümü köklədiyim
üçün müşahidələrimə artıq ilk təyyarədən başlamışam belə. İlk diqətimi çəkən
Çın şirkətinə məxsus aviareysdə azərbaycanca səsləndirilən elanların Azərbaycan
şirkəti olan “Azal” kimi “erməni ləhcəsi” ilə oxunmamasıdır.
Şenzjen şəhəri şimal yarımkürənin syubtropik coğrafi qurşağında yerləşir. Eyni zamanda dünyanın maliyə nəhənglərindən sayılan Hongkong şəhəri ilə də həmsərhəddir. Şenzjen tarix etibarı ilə yeni şəhər sayılır(1979) və qısa bir zaman kəsiyində çox sürətlə inkşaf etmişdir. Şəhər əsasən elektron mobil texnika sahəsində ixtisaslaşıb və böyük ticarət mərkəzinə çevrilib. Şəhərdə saysız hesabsız hotellər, restoranlar, göydələnlər, parklar, körpülər və keçidlər var. Təsadüfü deyil ki, bu şəhər YUNESCO tərəfindən yaradıcı dizayn şəhəri elan edilib. Və görünən də budur ki, “yavaşlamaq” fikirləri də yoxdu.
Şenzjendə ən çox diqqətimi çəkən məqamlardan biri
İnglis dilinin buralarda populyar olmamasıdır.
Hotellərdə, restoranlarda və hətta aeraportda belə ünsiyyət qurmaq
əməlli başlı müşkil məsələdir. Amma buna baxmayaraq turizmin və xarici
ticarətin inkşafı bundan xələl görməyib. Şəhərin gəlirləri əsasən elektron
malların ixracının payına düşür. Çinlilər müxtəlif tərcümə proqramlarından
istifadə edərək xarici müştəriləri öz bazarlarına cəlb edə bilirlər. Olkədə
mükəmməl poçt xidməti fəaliyət göstərdiyinə görə istehsal etdikləri məhsulları
dünyanın istənilən nöqtəsinə ucuz qiymətə göndərirlər. Ən böyük uğurları kimi
isə online ticarəti göstərmək olar.
İnsanların sıxlığına baxmayaraq onlarda boş yerə qıcıq olub tikinti aparmaq kimi vərdişləri yoxdu. Şəhər bir-birindən gözəl parklar və xiyabanlarla doludu. Tikinti gedən ərazilərdə isə toz-torpaq göyə qalxmır. Yolların təmizliyi ilə məşqil olan xüsusi bir qurum var ki, gecə gündüz yolları yumaqla məşğuldurlar. Parklarda və yol kənarlarında əkilən müxtəlif növ dekorativ ağacların arasında insan özünü cənnətdə imiş kimi hiss edir.
Yolların
məntiqi quruluşu şəhərdə 3 milyon avtomobilin olmasını hiss etdirmir. Avtobus
nəqliyyatını dəqiq işləməsi üçün qarşı yola çıxmağa ehtiyac duymurlar. Əlbəttə “meşə
çaqqalsız” məsəlinə uyğun olaraq onlarda da xaotik, sıralama güdməyən sürücülər
var. Yersiz səs siqnalından istifadə edənlər də tapılır.
Şenzjendə metro 2004-cü ildən fəaliyətə
başlayıb və 137 stansiyası müvcuddur. İnkşaf tempini nəzərə alsaq, 2030-cu ildə
Tağı müəllimin stansiyalarının sayı 73-ə çatdıqda Şenzjen stansiyalarının sayı 500-ə
çatacaq. Hələ stansiyaların, qatarların keyfiyyətini demirəm. Əlil və görmə
məhdudiyyətli insanlar belə kənar yardım olmadan istifadə edə bilirlər metrodan.
Metro keçidləri bizdəki kimi ticarət məqsədləri üçün istifadə olunur. Geniş
tikilmiş keçidlər məhs xırda ticarət üçün inşa edilib.
Ölkəni YAP-dan
elə də fərqlənməyən Kommunist partiyası idarə etsə də küçələrdə prezidentin və
onun atasının şəkilinə rast gəlinmir. Facebook
və Twitter məhdudiyyəti olsa da sərbəs toplaşmaq məhdudiyyəti yoxdur. Nə qədər “kitayski”
olsalar da özləri qədər orijinaldılar...
1həftə sonra..... Yenə rahatsız yollar, xeyirsiz
körpülər, boz binalar və uyğunsuzluqlarla dolu Bakı. Bakıya döndükdən sonra bir
daha anlıyırsan ki, dəqiqə başı gözümüzə
üfürülən 2-3 dənə yarım funksional
körpü və keçidlər qulağımızdan asılan əriştədədən başqa bir şey deyil.
Şəkillərin davamı.