Dünyada mövcüd olan zəngin dillərdən
biri də rus dilidir. Bunu inkar etmək mümkün deyil. Biz hamımız rus dilində
lazım gəldikdə oxuyub danışırıq. O da danılmazdır ki, müasir internet dövründə
rus dilində informasiyadan, ədəbiyyatdan maksimum yararlanırıq. Bu əlbəttə təqdirə
layiqdi. Əsrlər boyu rus dilinin bizim tariximizdə və mədəniyyətimizdə faydalı
təsirləri olub. Heç kim inkar etmir ki, daha çox dil bilməyin yalnız faydası
olar. Əvvəllər rus dilini bilməyimiz vacib idi, çünki onsuz nəyəsə nail olmaq çətin
olardı. Amma artıq zaman o zaman deyil…
Rus dilini öyrənməyimiz
dediyim kimi yaxşıdı, amma bütün hayatımızda bu dildə danışmağa məcbur deyilik.
Ana dilimizin rus dilinin kölgəsində qərar tutmasına şərait yaratmamalıyıq.
Bəli mən razıyam ki,
azerbaycan dili rus dili qədər zəngin və geniş istifadə olunan dil deyil. Mən
onunla da razıyam ki, azərbaycan dili kənardan rus və fransız dilləri kimi
dalğavari və cəlbədici səslənmir. Amma bunlar öz dilimizdən utanmağa səbəb ola
bilməz. Döğma dilimizdə danışa bildiyimiz halda danışmamaq da nə deməkdir.
Orta məktəbi də rus
dilində oxumaq olar. Hətta ali məktəbi də. Bu insan ömrünün 15 ilini əhatə
edir. Mənim heç inanmağım gəlmir ki, orta yaşlı birinin ömrünün bütün hissəsini
Azərbaycanda yaşamaqla öz dilini unuda və ya bu dildə danışa bilməyə.
Dil öyrənmək çətin iş
deyil. İstənilən əcnəbi dili 2-3 il ərzində mükəmməl öyrənmək və istifadə etmək
mümkündü. O isə də ola öz ana dilin. Amerikaya, Avropaya miqrasiya edən
insanlar getdikləri ölkənin dilinə bir iki il ərzində asanlıqla yiyələnə bilirlərsə,
digərlərinin sadəcə orta məktəbdə rus dilində təhsil almaları doğma dilində
danışa bilməməsinə səbəb ola bilərmi ? Əsla yox. Dediyim ki, bu sadəcə bir bəhanədir.
O isə öz dilindən
utanmaq onu kölgələmək sadəcə özünə və öz tarixinə vurulan zərbədir.
Tarixlə maraqlananlar
bilir ki, Azərbaycan ərazilərində zaman-zaman ərəb, fars və rus dilləri
hökmranlıq ediblər. O zamanlar da öz dilində danışmaq indiki kimi ayıb
sayılarmış və savadsızlıq kimi dəyərləndirilərmiş. Dövrün ziyalıları ərəb,
fars, rus dillərinə üstünlük verərmiş. Bugün onun nəticəsidir ki, tariximizdə
adları keçən Babəkin, Nizaminin, Nəsiminin, şah İsmayılın kim olduğunu təyin edə
bilmirik. Hansı dildə yazdıqlarına və danışdıqlarına tərəddüd edirik. Əminəm
ki, bu gedişlə 500-1000 il sonraki nəticələrimiz bizim də türkmü, farsmı və ya
rus köklümü olduğumuzu təyin etməkdə çətinlik çəkəcəklər. Hətta içimizdən nə
vaxtsa dünya miqyasında tanınmış, ad san qazanmış biri olarsa yenə də o şəxsin
kimliyini, soyunu təyin etmək mümkün olmayacaq. Çünki öz dilimizdən savayı
bütün dillərdən istifadə etmişdiz. (Bugün Lütfizadə misalı dediyimə örnəkdi.)
Bir millətin başqa
dildə danışması onun nəyinki genefonduna hətta müasirliyinə də təəsir edir.
Əvvəla öz dilinə hörmət
etməyən xalqa başqa xalqlar da hörmət etmir. Dillərindən istifadə etdiyimiz
xalqlar(rus, iran) isə heç hörmət etmir. Tarixən fars və rus dillərində
danışmağımıza görə həm birincilər həm də ikincilər biz azerbaycanlıları heçə
sayıblar. Bütün dünya onları heçə saydıqları halda onlar bizi heçə sayıblar.
Yanlış anlaşılma olmasın deyə, bu bir şovinist çıxışlar deyil. Bu sadəcə özünü
müdafiədir.
Bir millətin məhv
edilməsi üçün əvvəl onun dili və folkloru məhv edilməlidi. O isə hər bir millət
öz folkloruna görə sayılır və yadda qalır.
Vaxtı ilə fars indi isə
rus dilli həyatımıza yeridilməklə propaqanda maşınında alətə çevrilmişik. Rus
dilli kanalların propoqandası təsiri ilə yaxşını pisdən ayırmaz olmuşuq. Özümüz
özümüzü sortlaşdırıb, qruplaşdırmışıq. Heç kim inkar edə bilməz ki, bugün ölkədə
rus dilində danışan rusca danışmayana üstən aşağı baxır. O da faktdır ki,
rusdillilər daha az vətənpərvər və daha cox vecsiz cəmiyyət olurlar. Istisnalar
var təbii ki, amma bu yetərincə azdır.
Xalqlar var ki, dilləri
ugrunda savaşırlar öz dillərində təhsil almaq üçün, ana dilində danışmaq üçün
savaşırlar. Məhdudiyyətlərə və basqılara rəğmən dillərini qorumağa çalışırlar.
Biz isə əksinə, bacardıqca öz dilimizdən qaçırıq. Uşaqlarımızı rus dilində təhsilə
yönəldirik, küçədə, işdə, mağazada alındı-alınmadı özümüzü rusdilli göstərməyə
çalışırıq. Hardan qaynaqlanır bizim bu rusa oxşamaq istəyimiz ?
Hər kəs istədiyi ölkədə
yaşaya bilər, həyat tərzini seçə bilər. İstədiyi dilə də yiyələnə bilər. Amma
heç vaxt öz vətənindən, valideynindən, folklorundan və doğma dilindən
utanmamalıdır. Cünki harda oluruqsa olsun bu bizim kimliyimizdir.
Bu yazı ilə demək İstədiyim
odur ki, hansı dildə təhsil aldığımızdan asılı olmayaraq, harda yaşamağımızdan
və işləməyimizdən asılı olmayaraq, bir birimizlə öz aramızda ana dilimizdə
danışaq.
Çox vaxt dil barədə
irad tutanlara insanlar qıcıq olurlar. Patriot ve ya psevdopatriot
adlandırırlar. Bəlkədə kənardan bu belə də görünür. Amma qoy o insanlar da
anlasınlar ki, onların, dostlarımızın, yaxınlarımızın öz doğma dillərindən
utandıqlarını gördükcə biz də onlara görə utanırıq. Onlarla bir xalqın nümayəndəsi
olmaqdan utanırıq.
Mən patriot deyiləm,
psevdo patriot heç deyiləm. Mən sadəcə hər bir normal vətədaş cəmiyyətinin üzvü
kimi ölkəsinin, millətinin və uşaqlarının gələcəyini düşünən biriyəm.
31 Mart 2015 Namiq Ağayev
P.S. Amerika məktəblərində
imiqrant ailələrin uşaqlarına bucür məsləhət verilir: “inglis dilini mükəmməl
öyrənin amma evdə öz dilinizdə danışın ki, onu unutmayasınız.”
No comments :