Heç olubmu ki, həyatınızda kiməsə yaxşılıq edəndən sonra içinizdən xoş 
bir hislər keçirmisiniz ? Əminəm ki, olub. Bax indi sizə həmin o 
hislərin  birindən danışaca. 
Amerikanın ən çox sevdiyim adətlərindən biri də volunteer(könüllü) 
fəaliyyətidir. Niyə adət dedim çünki könüllülük amerikalılar ücün bir 
mentalitetdir, dədə-babadan gəlmə bir ənənədir ki, bunsuz özlərini 
təsəvvür etmirlər. Ümumiyyətlə Amerikada iyanə, yardım, bağışlama kimi 
addımlar yüksək qiymətləndirilir. Kiçikdən böyükə əksəriyyət bunu özünə 
borc sayır.  Və bunları edərkən bir növ qarşılığını gözləməsələr də, 
istər könüllülük formasında istər yardım formasında etdikləri yaxşılıq 
təbii ki, heç vaxt qarşılıqsız qalmır. Bu nə deməkdi. Burada sistemlə 
cəmiyətin qarşılıqlı fəaliyətinin nəticəsində qurulmuş və gündəlik 
normal həyata daxil olmuş bir düzəm formalaşıb. Yəni nə cəmiyyət etdiyi 
yaxşılığa görə hökümətdən bir şey tələb edir, nə də hökümət cəmiyyətin 
etdiyi yaxşılığı qarşılıqsız qoyur.
Misal üçün biri öz köhnə maşınını hansısa kilsəyə, qocalar evinə və 
yaxud kimsəsiz uşaqlar evinə hədiyyə edərsə, ilin sonunda o maşının 
dəyərini ödəyəcəyi vergi məbləğindən azalda bilər. Lakin vergi orqanının
 bu azalmanı qəbul edib etməmək kimi hüququ olsa da, əksər hallarda 
nəzərə alır.
Və yaxud digər bir misal. Müxtəlif sahələrdə könüllülük etmiş bir şəxs 
yeni iş üçün bir idarəyə, müəssisəyə müraciət etdikdə öz iş rezumesində 
hansı işlərdə neçə saat volunteerlik etdiyini qeyd edə bilər, və bu 
qeydlər həmin insanın şəxsi keyfiyyət göstəricilərini artıra bilər. Və 
təbii ki, iş şanslarını da.
Könüllülüyün üstünlükləri nədir ? Sosiallaşmaqdır. Özünü cəmiyyətin bir 
hissəsi hiss edirsən. Ətraf cevrənə nədəsə xeyirli olduğunu bilirsən. 
Gündəlik eyni tipli həyatına rəng qatırsan.  Tanımadığın insanlarla 
ünsiyyət qurduqca özünə inamın artır. Depresiyalardan uzaq olursan. 
Sağlamlığını qoruyursan. Həyatındakı boşluqları doldurursan. Biliklərini
 artırmaq imkanı əldə edirsən. Bəzən isə yeni peşəyə yiyələnisən. Və ən 
əsası savab qazanırsan, hansıkı amerikanlar savaba böyük inamla 
yanaşırlar. 
Bilmirəm bilirsiz ya yox, Amerikada əyləncə mərkəzləri, oyun 
atraksionları çox azdır. İnsanların əsas əyləncələrindən biri də qeyri 
hökumət təşkilatlarının və şəhər administrasiyasının təşkil etdiyi 
könüllülük tədbirləridi ki, bu tədbirdə də iştirak edənlərin çoxları 
yaxşı işi olanlar, biznemenlər, dövlət idarələrində çalışanlar olur. 
Şəhərdəki ağaclara qulluq, kitabxanalarda müxtəlif sahələrdə pulsuz 
dərslər, yaşlı insanlara kömək, evsizlərə yemək paylamaq və s kimi 
tədbirlər yaşxı iş görərkən əyləncəyə də səbəb olur. 
Bu yaxınlarda yerli mətbuatda belə bir şey oxumuşdum ki, biri təsadüf 
halda qəza törədir və nəticədə digəri həyatından olur. İlkin məhkəmə 
baxışında hakim məsələ araşdırılanadək təqsirləndirilənin 500 min dollar
 müqabilində zaminə cıxa biləcəyini desə də, adamın bu məbləği ödəmə 
imkanı olmur. Belə olan halda vəkil qoruduğu şəxsin necə yaxşı və etibar
 ediləcək biri olduğunu onun ailəcanlığı, dürüstlüyü və məhs könüllülük 
fəaliyətləri ilə isbat edərək təqsirləndirilənin minimal simvolik 
məbləğlə zaminə cıxarılmasına nail olur. 
Gördüyünüz kimi, yaxşı insan imici Amerikada çox vacibdi. Çünki hər 
kəsin gələcəyi bu imicdən asılıdır. Amerikada bu imicə credit history 
deyirlər. Başqa sözlə inam tarixcəsi. Xallarla ölçülən uğurlu "inam 
tarixcəni" qurmaq üçün uzun müddət dürüst,  zəhmetkeş və yaxşı biri 
olman lazımdır. Ailəcanlılığın, heçkimlə konfliktivin olmaması və 
könüllülük fəaliyətin sənin tarixcəndəki yaxşı insan imicini 
formalaşdırır.
Və belə yerdə bir amerikan məsəli var, necə deyərlər - yaxşı insana can qurban !

 
 
 
 
 
 
 
 
 
 
No comments :