18.12.2013
Yanacaq
və neft məhsullarının son artımı ölkəni zəlzələ kimi titrətdi. İnsanlar hələ də
bu “zəlzələnin” şokunu müzakirə edirlər. Amma “zəlzələnin” ikinci və daha təsiredici
dalğasının olduğunu da unutmaq olmaz. Çox güman ki, hökumət avro-3
standardlarına keçidi rəhbər tutaraq yanacağın qiymətində yeni artımlar etmiş
olacaq. Bildiyimiz kimi son artımlar zamanı dəyişən benzinin ölkədaxili ilkin
satış qiyməti deyil məhz aksiz vergisinin artması nəticəsində baş vermişdi. Yəni
Neft Şirkəti bu artımdan mənfəət əldə etməmişdir. Lakin o da var ki, neftayırma
zavodları bir ildir ki, avro-3 standardlarına uyğun yanacaq istehsal etmək üçün
bəzi texnaloji islahatlar aparmişdır və hal hazırda da avadanlıqların yenilənməsi
və təkmilləşdirilməsi istiqamətində işlər gedir. Təbii ki, bu da məhsulun maya
dəyərinin artmasına səbəb ola bilər. Gözləntilərə görə bu dəyişiklər və artımlar
2014-cü ilin əvvəlindən özünü büruzə verməlidir.
Dediyimiz kimi, ARDNŞ 2013-cü ilin əvvəlindən
avro-2 standardlarından Avro-3 standardlarına keçidl istiqamətində işlər
aparmağa başlamışdır. Bəzi ekspertlərin hesablamalarına görə bir standarddan
digərinə keçid 1 mld dollara(780 mln
AZN) başa gəlir. Nəzərə alsaq ki, ölkə AVRO-2 standartına 2009-cu ildə
keçmişdir və 2014-cü ildə isə avro-3
standardına keçməyi planlaşdırır onda
standard dəyişikliyinin 5 ildən bir nəzərdə tutulduğunu demək olar.
Belə çıxır ki, ARDNŞ standard dəyişikliyinə
görə sərf edilməsi güman edilən 780 mln manatı 5 ilə(60ay) bölməli olacaq ki,
bu da hər ay üçün ümumilikdə 13 mln manat civarındadır. Ölkədə bir ay üçün
istehsal və istehlak edilən benzin və dizel məhsullarının miqdarını(təxminən hər
biri 120 min t) nəzərə almaqla hər bir məhsulun maya dəyərində orta hesabla 27
manat əlavə ediləcəyi ehtimalı yaranır. Neft şirkətinin iki qat mənfəətini də nəzərə
aldıqda benzin və dizel məhsullarının hər
birinin ölkə daxili ilkin qiymətinin üzərinə 54 manat əlavə edilə bilər.
Bununla da tarif şurasının müvafiq cədvəli üzrə hesablama apararkən yanacaq məhsullarının
yekun pərakəndə satış qiymətini təyin etmək mümkün olur(daxili qiymət+aksiz+təchizat+
ƏDV + pərakəndə satış = yekun qiymət).
Beləliklə, A95 benzini 90 qəpik, A92
benzini 80 qəpik, dizel yanacağı isə 70 qəpik ola bilər. Göründüyü kimi hər bir
növ yanacaq üzrə artım 10 qəpik təşkil edir. Bir şey də xatırladım ki, 2007-ci
ildə ölkədə yanacağın qiymətində artım olduqdan 2 il sonra, yəni 2009-cu ildə
avro-2 standartına keçid olsa da növbəti qiymət artımı baş verməmişdi. İndi də
ümid etmək olar ki, avro-3 standartina görə hökumət yeni bir qiymət artımına
getməyəcək. Onu əminliklə deyə bilərik ki, qiymət artsa da artmasa da heçbir
halda 1 manata benzin olmayacaq. Ən azı yaxın 5 ildə.
Cədvəl: qiymətlər yuvarlaqdır !
18.12.2013
Where to Bet on Sports To Bet On Sports In Illinois
ReplyDeleteThe best sports 토토사이트 bet nba매니아 types and gri-go.com bonuses available in หารายได้เสริม Illinois. The most common sports betting options available. Bet $20, Win $150, Win $100 https://access777.com/ or