Çimərlik mövsümünün başlanması məni bu mövzuya toxunmağa sövq etdi.
Hər şeyin bir qaydası
olduğu kimi çimərlik də bir qayda olaraq mədəniyyətdir. Başqa ölkələri gəzərkən,
səfərlər edərkən, bu qaydaların bizimkilərdən nə qədər fərqləndiyini görür və
müqayisələrimizi edirik.
Ümumiyyətlə mən
daha çox siyasi bloqer olduğuma görə hərşeyi siyasiləşdirirəm. Əslində düz də
edirəm, bilərək ki, ölkədə baş verən bütün qanuna uyğunsuzluqlar siyasətin
düzgün yürüdülməməsindən irəli gəlir.
Bakı həm də
çimərlik şəhəridir. Hər il yay mövsümü gəldikdə bu mövzu aktuallaşır. Çimərliklərin
hasarlanması, bahalı və keyfiyyətsiz pullu xidmətlər, mövsüm ərzində 40-50 nəfərin
dənizdə boğulması və digər problemlər müzakirə predmentinə çevrilir.
Bu dəfə qərara
gəldim ki, Amerikanın (ABŞ) New York şəhərinin çimərliklərini Bakı çimərliklərindən
fərqini göstərim. Bəlkə düşünürsüz ki, New
York ilə Bakını müqaisə etmək düz olmazdı. Amma niyə ki., əgər deyiriksə Bakı
ildən ilə çiçəklənir və meqapolisə çevrilir onda niyə də dünyanın müxtəlif ölkələrindən
gələn immiqrantların çoxluq təşkil etdiyi NY şəhəri ilə müqayisə etməyək.
Əslində NY
çimərlikləri Abşeron çimərliklərinə baxanda daha “kasıb” təəssürat bağışlayır. Burada
Bakıdakı kimi dənizkənarı sahillər kimlərsə tərəfindən 4-5 metr hündürlükdə hasarlanmayıb, sahil kənarında dəbdəbəli restoran tikilmir, insanlara pulnan oturacaqlar satılmır
deyə məcbur olub yerdə otururlar və yaxud heç cibləri soyan bahalı akvapark da yoxdur. Bəlkə burada bunu etməyə imkanı çatan varlı
iş adamları yoxdur və ya buranın məmurları bakının məmurları qədər “ağıllı”
deyillər ?! Əlbəttə NY-da ağıllı və varlı insanlar çoxdu. Amma bununla yanaşı
işləyən qanunlar da var.
Mən bilmirəm
NY-da qanuna görə sahildən neçə metr kənarda bina, anbar, restoran və s. əyləncə
iaşə obyektləri tikməyə icazə verilir.
Bunu bilməyimə ehtitac da yoxdu. Çünki hər şey göz qabağındadı. Adi müşahidə ilə
anlamaq olur ki, rəsmi çimərlik zolağından 150-200 metr məsafədə tikili ola
bilməz.
New York çimərliklərində adətən 100-150 metr
qumsal ərazidən sonra insanların dincəlməsi, gəzməsi, velosiped sürməsi üçün
taxtalarla döşədilmiş 30-40 metr enində bulvar zolagı uzanır. Və yalnız bu
zolaqdan sonra hər hansı bir obyekt görmək olur.
Qumsal və bulvar
ərazisində kommersiya fəaliyyəti yolverilməzdir. Eyni zamanda bu ərazidə
pik-nik qurub yeyib içmə məclisi də yasaqdır. Siqaret çəkmək və alkaqol qəbul
etməyə icazə verilmir. Sınaraq qumun arasında kiməsə xələl yetirmə ehtimalı büyük
olduğuna görə əraziyə şüşə qabın gətirilməsi belə qadağandır.
Çimərlikdə məişət
tullantıları üçün xüsusi qablar quraşdırılıb. Hər kəs təmizliyə riayət etməyə
borcludur. Kimsə yerdə zibil və ya polietilen qab, salafan görərsə böyük
ehtimalla onu götürüb zibil qutusuna atacaqdır. Hər səhər xüsusi qreyderlər çimərlik
qumunu xırda tullantılardan təmizləyir.
Burada
dünyanın müxtəlif mədəniyyətlərindən və
dinlərindən olan insanların yaşadığına görə çimərlik geyimləri də müxtəlif
olur. Paltarla çimənlər də görə bilərsiz
və açıq çimərlik geyimlərində olanlar da. Və ya toples də qadağan edilmir. Amma
heçkim heçkimi buna görə qınamır və buna ümumiyyətlə fikir verən də yoxdu. Hətta paltarla çimənləri “bozbaş” və ya “çuşka”
kimi xüsusi adlarla da çagırmırlar. Hərkəsin seçiminə hörmətlə yanaşılır.
Hər 50 metrdən
bir məsafədə sahildə xilasetmə xidmətinin “vışka”ları olur. Peşəkar üzgüçü olan
qız və oğlan xilasedicilər eyni zamanda sahil boyunca gəzərək müşahidə aparırlar. Əgər kimsə boğularsa onu
xüsusi texnika vasitəsi ilə deyil, öz əlləri ilə xilas edirlər. Axşam
vaxtlarında diz səviyəsindən dərin məsafədə dənizə girməyə icazə verilmir. Bu,
saat 6-dan sonra xilasedicilərin iş vaxtının bitməsi ilə əlaqələndirilir.
Motorlu
qayıqlar və skuterlər sahilə 150 metr yaxın məsafədən üzə bilməzlər. Hətta xilasedicilərin belə motorlu qayıqları
olmur.
Çimərliklərdə
ilkin tibbi yardım üçün xüsusi lazaretlər, mobil tibb məntəqələri fəaliyyət
göstərir. Ərazidə daima polis patrul
xidməti növbə çəkir. Bütün bunlar fövqaladə hal baş verdikdə operativ reaksiya
vermək üçündür. Onu da qeyd edim ki, dənizdə baş verən bədbəxt hadisələrə görə
şəhər administrasiyası və parklar idarəsi cavabdehdir və əgər məsələ məhkəmə işinə
qədər qalxarsa şəhər büdcəsinə milyonlarla dollar zərər dəyə bilər.
Bir haşiyə: əgər
NY kücələrində piyada gəzərkən belə ayağın bardyora ilişib yixilirsansa buna da
şəhər administrasiyası cavabdehdi və zərərcəkmişə kompensasiya belə ödəmə öhdəliyi
yarana bilər. Bu barədə növbəti yazıların birində.
Yeri gəlmişkən
çimərliklər, bulvarlar və ümumiyyətlə şəhərdəki bütün parklara nəzarəti NY parklar idarəsi həyata keçirir. Parklar
idarəsi bu məkanlara nəzarətlə yanaşı həm də müxtəlif xeyriyyə, marifləndirici,
mədəni və əyləncəli tədbirlər təşkil edir.
Daha çox uşaqlar və ahıllar üçün nəzərdə tutulan bu proqramların əksəriyyəti pulsuz olur. Məsələn parklarda uşaqlar üçün
ödənişsiz idman məşğələləri, çimərlik və
hovuzlarda pulsuz üzgüçülük təlimləri, konsertlər və s tədbirlər. Özüdə hansısa
bayramdam bayrama, seçkidən seçkiyə deyil , hər gün şəhərin müxtəlif yerlərində
sosial əhəmiyyətli tədbirlər baş verir.
Qayıdiram bu
mövzunu siyasiləşdirməyimin səbəbinə.
Amerikada belədi ki, yuxarıda sadaladığım qadağalara heç də hamı tərəfindən
mütləq riayət edilmir. cüzi pozuntular
olur. Kimsə bəzən çimərlikdə siqaret çəkir,
kimisi itini çimərliyə gətirir və yaxud kimsə ola bilsin saat 6-dan sonra dənizə
girir. Buna görə heçkim ciddi cəzalanmır və ya cərimələnmir. Amma böyük əksəriyyət
qoyulmuş qaydalara hörmətlə yanaşır və ona əməl edir. Çünki bilir ki, şəhər
administrasiyası nə edirsə insanların rifahı, təhlükəsizliyi və rahatçılığı üçün edir. Yoxsa Bakı şəhər meriyası kimi birinci məqsədi ilk fürsətdə insanları soymaq və öz şəxsi mənafelərini güdmək üçün deyil.
P.S. NY ştatında 1300 dən çox irili xırdalı çimərliklər var. Statistikaya görə 2010-cu ildən bu yana cimərlik sularında il ərzində boğulanların sayı 4 nəfəri keçmir.
P.S. NY ştatında 1300 dən çox irili xırdalı çimərliklər var. Statistikaya görə 2010-cu ildən bu yana cimərlik sularında il ərzində boğulanların sayı 4 nəfəri keçmir.