Kitabxanada oturub kitab oxuyurdum. 12-13 yaşlarında 2 nəfər qız yaxınlaşıb
övladımın olub olmadığını soruşdu. Var dedim. Yay tətili oxu proqramında
iştirak etməsini istərdinizmi ?
Özlərinin də məktəbli olduğu görünən bu gənc qızlar
yay tətilini kitabxanada volantyorluq edərək keçirirməklə kitabxanaya gələnləri
müxtəlif proqramlarla tanış edirlər. Təklif olunan proqramın yeddi yaşlı oğluma əyləncəli ola
biləcəyini düşünüb qeydiyyat elətdirdim və lazımı buklet və materialları götürdüm.
Sözüm bunda deyil.
Ümumiyyətlə Amerika(Birləşmiş Ştatlar)
kitabxanaları haqqında yazmaq çoxdan fikirimdən keçsədə heç cürə başlamağa qərar
verə bilmirdim. Amma bu könüllü qızlar yazıya dərhal başlamağıma rəvac verdi.
Şübhəsiz bilirik ki, kitabxanalar cəmiyyətin mədəniyyətində
vacib rol oynayır. Amerikada kitabxanalar təkcə kitab oxumaq yeri sayılmır bura
həm də istirahət guşəsidir. İnsanlar burada boş vaxtlarını keçirir, sosial
programlarla tanış olur, hüquqi yardımlar alır, oyun oynayır, film seyr edir,
müxtəlif birliklərin və cəmiyyətlərin üzvü olur, xarici dillərə yiyələnir və
onlarla digər müxtəlif şeylərlərdən tam pulsuz yararlana bilirlər.
Bu ölkədə fəaliyyət göstərən ictimai kitabxanaların
sayı məktəblərin sayından geri qalmır. Yəni hər dairənin öz məktəbi olduğu kimi
kitabxanası da var. Amma hansı dairədə yaşamağından asılı olmayaraq hər kəsin
bu kitabxanaların bütün xidmətlərindən pulsuz istifadə etmə hüququ var.
Kitabxanalar kommersiya strukturu olmadığına görə burada ödənişli xidmətdən
söhbət gedə bilməz. Kənarda 1 saatına görə 30-40$ tələb edilən kurslar və dərnəklər
kitabxanalarda pulsuz tədris olunur. Buna misal müxtəlif xarici dil kursları,
musiqi dərsləri(gitara, piano, skripka və s), rəqs dərsləri, dərzilik, fotoqraflıq
dərnəkləri, professional komputer kursları və deməyi unutduğum daha çox şey.
Onu da deyim ki, təlimçilər kitabxanalarda keçirilən
kurs və seminarları təmənnasız edirlər. Əsasən könüllülərdən ibarət olan müəllimlər
bu işi görməkdə təcrubələrini artırmaqla yanaşı cəmiyyətə yararlı ola biləcəklərini
düşünürlər.
Kitabxanalardan cəmiyyətin bütün təbəqələri istifadə
edir. Kimisi bura yayda sərinləmək üçün gəlir, kimisi pulsuz internetdən
yararlanmaq üçün.Kimisi isə nəyinsə kserosurətini çıxarır. Hətta buraya gəlib
başını stola qoyub yatanlar da olur və bunu heçkim qadağan etmir.
Sadəcə CV doldurmaq istiyirsənsə, buyur gəl
kitabxanaya. Hansısa qanundan çıxarış lazımdı - o da problem deyil. Kitabxanaya
istənilən sualla müraciət etmək olar. Gülərüzlü(süni olsa belə) və həmişə köməyə
hazır olan kitabxana işçiləri sualınıza cavab tapmayana qədər getməyinizə imkan
verməyəcəkdir. Uşaqla uşaq kimi böyüklə böyük kimi davrana bu işçilər elə bir
doğma mühit yaradırlar ki, kitabxanadan çıxmaq istəmirsən.
Kitabxana dediyimizdə yeganə ağılımıza gələn
bayırdan əzəmətli görünüşlü lakin icəridən sovet qoxusu gələn Axundov adına
kitabxanası Amerikanın kitabxanalarının heçbiri ilə müqaisə edilməz dərəcədə fərqlidir.
Kitabxanaların daxili proyekti elə qurulub ki, ilk dəfə gələn belə nəyin harda
yerləşdiyini. Harda başlayıb harda qutaracağını asanlıqla anlaya bilər.
Kitabxananın divarlarını prezidentlərin lazımsız şəkilləri
və ya onların mənasız “aforizmləri” əvəzinə insanların işinə yarıya biləcək
bolluca informasiya tabloları tutur.
Həç bir kitabxananı uşaqlar üçün ayrıca güşəsiz təsəvvür
etmək olmaz. Kitabdan xoşlanmaya biləcək ən tənbəl uşaq belə bu guşədə özünü “elm
adamı” kimi büruzə verə bilər. Müxtəliflik, rəngarənglik heçbir uşağı bu güşədə
biganə qoya bilməz.
İnanmayacaqsınız bəlkədə, amma mənim azyaşlı uşaqlarım
məndən hərdəfə onları yelləncəyə və yaxud digər yerlərə aparmağı deyil məhs
kitabxanaya aparmağımı xahiş edirlər. Əminəm ki, Amerikada əksər uşaqlar öz
valideynlərindən eyni şeyi xahiş edirlər. Çünki bu cəmiyyətin kitaba olan həvəsini
gördükcə bir daha əmin olursan ki, bu marağın təməli elə bu kitabxanalardakı
uşaq guşələridir.
Biz, Azərbaycan cəmiyyəti olaraq bugün kitablara
böyük əhəmiyət vermirik. Düşünürük ki, kitabxanadan alacağımız informasiyanı
internetdən, televiziyadan ala bilərik. Əlbəttə kitabxanasız da informasiyali və
savadlı olmaq olar. Amma kitabxanasız cəmiyyətin mədəni, sivil, tolerant,
anlayışlı, yardımsevər və ən əsası da cəmiyyətə yararlı ola biləcək toplum
olması müşkül məsələdir.
Sonda qayıdıram mənə yay proqramı təklif edən
qızlara. Bu uşaqlar volantyorluq etməklə artıq gənc yaşlarından cəmiyyətə fayda
vermiş olurlar. Onlar öz asudə vaxtlarını parklara, çimərliklərə, kafelərə
deyil məhs sosial əhəmiyyətli işlərə sərf etməklə güclü sosial mexanizmi olan
Amerika cəmiyyətinin qorunub saxlnmasında iştirak edirlər. Onların valideynləri
də belə olub və onların uşaqları da bucür olacaqlar. Elə buna görədə, Amerika
Amerika olaraq qalacaq.