Heç olubmu ki, həyatınızda kiməsə yaxşılıq edəndən sonra içinizdən xoş bir hislər keçirmisiniz ? Əminəm ki, olub. Bax indi sizə həmin o hislərin birindən danışaca.
Amerikanın ən çox sevdiyim adətlərindən biri də volunteer(könüllü) fəaliyyətidir. Niyə adət dedim çünki könüllülük amerikalılar ücün bir mentalitetdir, dədə-babadan gəlmə bir ənənədir ki, bunsuz özlərini təsəvvür etmirlər. Ümumiyyətlə Amerikada iyanə, yardım, bağışlama kimi addımlar yüksək qiymətləndirilir. Kiçikdən böyükə əksəriyyət bunu özünə borc sayır.  Və bunları edərkən bir növ qarşılığını gözləməsələr də, istər könüllülük formasında istər yardım formasında etdikləri yaxşılıq təbii ki, heç vaxt qarşılıqsız qalmır. Bu nə deməkdi. Burada sistemlə cəmiyətin qarşılıqlı fəaliyətinin nəticəsində qurulmuş və gündəlik normal həyata daxil olmuş bir düzəm formalaşıb. Yəni nə cəmiyyət etdiyi yaxşılığa görə hökümətdən bir şey tələb edir, nə də hökümət cəmiyyətin etdiyi yaxşılığı qarşılıqsız qoyur.
Misal üçün biri öz köhnə maşınını hansısa kilsəyə, qocalar evinə və yaxud kimsəsiz uşaqlar evinə hədiyyə edərsə, ilin sonunda o maşının dəyərini ödəyəcəyi vergi məbləğindən azalda bilər. Lakin vergi orqanının bu azalmanı qəbul edib etməmək kimi hüququ olsa da, əksər hallarda nəzərə alır.
Və yaxud digər bir misal. Müxtəlif sahələrdə könüllülük etmiş bir şəxs yeni iş üçün bir idarəyə, müəssisəyə müraciət etdikdə öz iş rezumesində hansı işlərdə neçə saat volunteerlik etdiyini qeyd edə bilər, və bu qeydlər həmin insanın şəxsi keyfiyyət göstəricilərini artıra bilər. Və təbii ki, iş şanslarını da.
Könüllülüyün üstünlükləri nədir ? Sosiallaşmaqdır. Özünü cəmiyyətin bir hissəsi hiss edirsən. Ətraf cevrənə nədəsə xeyirli olduğunu bilirsən. Gündəlik eyni tipli həyatına rəng qatırsan.  Tanımadığın insanlarla ünsiyyət qurduqca özünə inamın artır. Depresiyalardan uzaq olursan. Sağlamlığını qoruyursan. Həyatındakı boşluqları doldurursan. Biliklərini artırmaq imkanı əldə edirsən. Bəzən isə yeni peşəyə yiyələnisən. Və ən əsası savab qazanırsan, hansıkı amerikanlar savaba böyük inamla yanaşırlar.
Bilmirəm bilirsiz ya yox, Amerikada əyləncə mərkəzləri, oyun atraksionları çox azdır. İnsanların əsas əyləncələrindən biri də qeyri hökumət təşkilatlarının və şəhər administrasiyasının təşkil etdiyi könüllülük tədbirləridi ki, bu tədbirdə də iştirak edənlərin çoxları yaxşı işi olanlar, biznemenlər, dövlət idarələrində çalışanlar olur. Şəhərdəki ağaclara qulluq, kitabxanalarda müxtəlif sahələrdə pulsuz dərslər, yaşlı insanlara kömək, evsizlərə yemək paylamaq və s kimi tədbirlər yaşxı iş görərkən əyləncəyə də səbəb olur.
Bu yaxınlarda yerli mətbuatda belə bir şey oxumuşdum ki, biri təsadüf halda qəza törədir və nəticədə digəri həyatından olur. İlkin məhkəmə baxışında hakim məsələ araşdırılanadək təqsirləndirilənin 500 min dollar müqabilində zaminə cıxa biləcəyini desə də, adamın bu məbləği ödəmə imkanı olmur. Belə olan halda vəkil qoruduğu şəxsin necə yaxşı və etibar ediləcək biri olduğunu onun ailəcanlığı, dürüstlüyü və məhs könüllülük fəaliyətləri ilə isbat edərək təqsirləndirilənin minimal simvolik məbləğlə zaminə cıxarılmasına nail olur.
Gördüyünüz kimi, yaxşı insan imici Amerikada çox vacibdi. Çünki hər kəsin gələcəyi bu imicdən asılıdır. Amerikada bu imicə credit history deyirlər. Başqa sözlə inam tarixcəsi. Xallarla ölçülən uğurlu "inam tarixcəni" qurmaq üçün uzun müddət dürüst,  zəhmetkeş və yaxşı biri olman lazımdır. Ailəcanlılığın, heçkimlə konfliktivin olmaması və könüllülük fəaliyətin sənin tarixcəndəki yaxşı insan imicini formalaşdırır.
Və belə yerdə bir amerikan məsəli var, necə deyərlər - yaxşı insana can qurban !
 
 
| Copyright © 2013 Blogs Namig Aghayev