18.11.2013

   

    “Bakı gözəl şəhərdir” deyib inanmışıq ki, dünyanın ən gözəl şəhəri belə olmalı. Şəhərin gözəlliyi dedikdə ağlımıza yalnız Bakının mərkəzi gəlir. Sahil boyu yerləşən küçə və prezidentin işi ilə iqamətgahı arasında olan yollar. Bilirik ki, yalnız bu yollar geniş və işıqlı olmalıdı. Mərmərlə bardürlənməlidi. Yalnız həmin yolların kənarında yerləşən binaların fasadları üzlənməlidi. Digər yollar normal olmasa da olar. Toz torpaq, salafanlar göydə uçsa da olar. Digər kücələr, qəsəbələr qaranlıq zülmətə bürünsə də olar. Fəxr edirik ki, Flame Tower var, Crystall hall var, tunellər, keçidlər hətta asma körpümüz də var, Koroğlu dairəsində. Küçələrimizi bahalı bahalı maşınlar bəzəyir. Bakını göydələnlər şəhəri də adlandırıq bəzən, maksimum 17-22 mərtəbəli qum rəngində olan yaşayış binalarına görə. Bir birindən seçilməyən Heydər parkları, az qala hər rayonda tikilən eyni tipli Olimpiya kompleksləri. London taksiləri şəhərimizi lap Londona bənzədirmiş guya.  London dedim metro yadıma düşdü. Tağı müəllim söz verib ki, 2030 cu ilədək metro stansiyalarının sayı 73-ə çatdırılacaq. Bir sözlə şəhərimiz gözəlləşir və inkşaf edir.
  
  Taksidə gedərək həsrətlə geniş yollara və yol kənarı yaşıllıqlara baxıram. Yol boyu nişanlar və işarələr nabələdi belə istədiyi ünvana çatdırar. Körpü və keçidlərin isə sayı hesabı yox. Bir anlıq bu ölkənin başçısına yazığım gəlir. Adam bu qədər körpü açılışında necə vaxt çatdıraraq iştirak edib ?! Yox, ölkə böyükdür. Yəqin açılışları qubernator edir...yenə tərəddüd edərək şəhər merinin üzərində dayandım. Amma yenə də mümkün deyil. Fiziki olaraq bunu çatdırmaq olmaz. Nəisə. Çox güman ki, körpü, keçid tikərkən lent kəsmə adətləri yoxdu. Bəs işıqlanma. Bəlkə aeroport  yolu olduğu üçün belə işıqlanıb. Əlbəttə, elədir ki, var ?! Neftləri yox, qazları yox. “Geydirmə” bir ölkədirlər. 




   18 saat öncə....
    Bakının hava limanından Çinin Şenzjen(shenzhen) şəhərinə yola düşürəm. O Çinə ki, çoxlarımız onların istehsal etdiyi məhsullara “kitayski”, “geydirmə” damğası vuraraq bəyənmirik. Əvvəlcədən şəhərlər arasında müqaisə aparmağa özümü köklədiyim üçün müşahidələrimə artıq ilk təyyarədən başlamışam belə. İlk diqətimi çəkən Çın şirkətinə məxsus aviareysdə azərbaycanca səsləndirilən elanların Azərbaycan şirkəti olan “Azal” kimi “erməni ləhcəsi” ilə  oxunmamasıdır.

    
   Şenzjen şəhəri şimal yarımkürənin syubtropik coğrafi qurşağında yerləşir. Eyni zamanda dünyanın maliyə nəhənglərindən sayılan Hongkong şəhəri ilə də həmsərhəddir. Şenzjen tarix etibarı ilə yeni şəhər sayılır(1979) və qısa bir zaman kəsiyində çox sürətlə inkşaf etmişdir.  Şəhər əsasən elektron mobil texnika sahəsində ixtisaslaşıb və böyük ticarət mərkəzinə çevrilib. Şəhərdə saysız hesabsız hotellər, restoranlar, göydələnlər, parklar, körpülər və keçidlər var. Təsadüfü deyil ki, bu şəhər YUNESCO tərəfindən yaradıcı dizayn şəhəri elan edilib. Və görünən də budur ki, “yavaşlamaq” fikirləri də yoxdu.

  
  Şenzjendə ən çox diqqətimi çəkən məqamlardan biri İnglis dilinin buralarda populyar olmamasıdır.  Hotellərdə, restoranlarda və hətta aeraportda belə ünsiyyət qurmaq əməlli başlı müşkil məsələdir. Amma buna baxmayaraq turizmin və xarici ticarətin inkşafı bundan xələl görməyib. Şəhərin gəlirləri əsasən elektron malların ixracının payına düşür. Çinlilər müxtəlif tərcümə proqramlarından istifadə edərək xarici müştəriləri öz bazarlarına cəlb edə bilirlər. Olkədə mükəmməl poçt xidməti fəaliyət göstərdiyinə görə istehsal etdikləri məhsulları dünyanın istənilən nöqtəsinə ucuz qiymətə göndərirlər. Ən böyük uğurları kimi isə online ticarəti göstərmək olar.

    İnsanların sıxlığına baxmayaraq onlarda boş yerə qıcıq olub tikinti aparmaq kimi vərdişləri yoxdu. Şəhər bir-birindən gözəl parklar və xiyabanlarla doludu. Tikinti gedən ərazilərdə isə toz-torpaq göyə qalxmır. Yolların təmizliyi ilə məşqil olan xüsusi bir qurum var ki, gecə gündüz yolları yumaqla məşğuldurlar. Parklarda və yol kənarlarında əkilən müxtəlif növ dekorativ ağacların arasında insan özünü cənnətdə imiş kimi hiss edir.

   Yolların məntiqi quruluşu şəhərdə 3 milyon avtomobilin olmasını hiss etdirmir. Avtobus nəqliyyatını dəqiq işləməsi üçün qarşı yola çıxmağa ehtiyac duymurlar. Əlbəttə “meşə çaqqalsız” məsəlinə uyğun olaraq onlarda da xaotik, sıralama güdməyən sürücülər var. Yersiz səs siqnalından istifadə edənlər də tapılır. 

    Şenzjendə metro 2004-cü ildən fəaliyətə başlayıb və 137 stansiyası müvcuddur. İnkşaf tempini nəzərə alsaq, 2030-cu ildə Tağı müəllimin stansiyalarının sayı 73-ə çatdıqda Şenzjen stansiyalarının sayı 500-ə çatacaq. Hələ stansiyaların, qatarların keyfiyyətini demirəm. Əlil və görmə məhdudiyyətli insanlar belə kənar yardım olmadan istifadə edə bilirlər metrodan. Metro keçidləri bizdəki kimi ticarət məqsədləri üçün istifadə olunur. Geniş tikilmiş keçidlər məhs xırda ticarət üçün inşa edilib.



   Ölkəni YAP-dan elə də fərqlənməyən Kommunist partiyası idarə etsə də küçələrdə prezidentin və onun atasının şəkilinə rast gəlinmir.  Facebook və Twitter məhdudiyyəti olsa da sərbəs toplaşmaq məhdudiyyəti yoxdur. Nə qədər “kitayski” olsalar da özləri qədər orijinaldılar...




  1həftə sonra..... Yenə rahatsız yollar, xeyirsiz körpülər, boz binalar və uyğunsuzluqlarla dolu Bakı. Bakıya döndükdən sonra bir daha anlıyırsan ki, dəqiqə başı gözümüzə

üfürülən 2-3 dənə yarım funksional körpü və keçidlər qulağımızdan asılan əriştədədən başqa bir şey deyil.



Şəkillərin davamı.


















| Copyright © 2013 Blogs Namig Aghayev