18.12.2013
 
    Yanacaq və neft məhsullarının son artımı ölkəni zəlzələ kimi titrətdi. İnsanlar hələ də bu “zəlzələnin” şokunu müzakirə edirlər. Amma “zəlzələnin” ikinci və daha təsiredici dalğasının olduğunu da unutmaq olmaz. Çox güman ki, hökumət avro-3 standardlarına keçidi rəhbər tutaraq yanacağın qiymətində yeni artımlar etmiş olacaq. Bildiyimiz kimi son artımlar zamanı dəyişən benzinin ölkədaxili ilkin satış qiyməti deyil məhz aksiz vergisinin artması nəticəsində baş vermişdi. Yəni Neft Şirkəti bu artımdan mənfəət əldə etməmişdir. Lakin o da var ki, neftayırma zavodları bir ildir ki, avro-3 standardlarına uyğun yanacaq istehsal etmək üçün bəzi texnaloji islahatlar aparmişdır və hal hazırda da avadanlıqların yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlər gedir. Təbii ki, bu da məhsulun maya dəyərinin artmasına səbəb ola bilər. Gözləntilərə görə bu dəyişiklər və artımlar 2014-cü ilin əvvəlindən özünü büruzə verməlidir. 

  Dediyimiz kimi, ARDNŞ 2013-cü ilin əvvəlindən avro-2 standardlarından Avro-3 standardlarına keçidl istiqamətində işlər aparmağa başlamışdır. Bəzi ekspertlərin hesablamalarına görə bir standarddan digərinə keçid  1 mld dollara(780 mln AZN) başa gəlir. Nəzərə alsaq ki, ölkə AVRO-2 standartına 2009-cu ildə keçmişdir  və 2014-cü ildə isə avro-3 standardına keçməyi planlaşdırır  onda standard dəyişikliyinin 5 ildən bir nəzərdə tutulduğunu demək olar. 

   Belə çıxır ki, ARDNŞ standard dəyişikliyinə görə sərf edilməsi güman edilən 780 mln manatı 5 ilə(60ay) bölməli olacaq ki, bu da hər ay üçün ümumilikdə 13 mln manat civarındadır. Ölkədə bir ay üçün istehsal və istehlak edilən benzin və dizel məhsullarının miqdarını(təxminən hər biri 120 min t) nəzərə almaqla hər bir məhsulun maya dəyərində orta hesabla 27 manat əlavə ediləcəyi ehtimalı yaranır. Neft şirkətinin iki qat mənfəətini də nəzərə aldıqda benzin və dizel məhsullarının  hər birinin ölkə daxili ilkin qiymətinin üzərinə 54 manat əlavə edilə bilər. Bununla da tarif şurasının müvafiq cədvəli üzrə hesablama apararkən yanacaq məhsullarının yekun pərakəndə satış qiymətini təyin etmək mümkün olur(daxili qiymət+aksiz+təchizat+ ƏDV + pərakəndə satış = yekun qiymət). 

    Beləliklə, A95 benzini 90 qəpik, A92 benzini 80 qəpik, dizel yanacağı isə 70 qəpik ola bilər. Göründüyü kimi hər bir növ yanacaq üzrə artım 10 qəpik təşkil edir. Bir şey də xatırladım ki, 2007-ci ildə ölkədə yanacağın qiymətində artım olduqdan 2 il sonra, yəni 2009-cu ildə avro-2 standartına keçid olsa da növbəti qiymət artımı baş verməmişdi. İndi də ümid etmək olar ki, avro-3 standartina görə hökumət yeni bir qiymət artımına getməyəcək. Onu əminliklə deyə bilərik ki, qiymət artsa da artmasa da heçbir halda 1 manata benzin olmayacaq. Ən azı yaxın 5 ildə. 

    Cədvəl: qiymətlər yuvarlaqdır !

18.12.2013
| Copyright © 2013 Blogs Namig Aghayev