Mənim "Jiloy" səfərim


    Bu mənim Çilov adasına artıq 4-cü səfərimdi. Lakin nədənsə bu səfəri qeydə almaq qərarına indi gəlmişəm. Yay olmasına baxmayaraq hava çox küləklidi. Yağış da ara sıra yagir. Səher saat 10-dan "vertalyotnu" deyilən yerdəyik. Burdan helikopterler 28 may NQÇİ-yə ve Neft daşlarına sernişin daşıyır. Sərnişinlər adətən həmin idarələrin işçiləri olurlar. Hər gün ən azı hər bir adaya iki uçuş olur. Normal hava şəraitində. Amma bayaq dediyim kimi bugün hava normal sayılmaz.Külək helikopterlərin normal enib qalxmasına çətinliklər törədir. Bu üzdən də sernişinlər biraz həyəcanlı görünürlər. Ümumiyyətlə azal tarixində vertalyot qəzaları çox nadir halda olduğunu nəzərə alsaq tam əminliklə deyə bilerik ki, pilotlara güvənmək olar.  
....... qəflətən dispetçer uşuşun hava şəraiti ilə əlaqədar təxirə salındığını elan edərək jiletləri(xilasetmə jiletləri) təhvil verməmizi xahiş etdi. Və hamı gözləmə yerini tərk edərək ümumi zala kecməli oldu. Bu arada mən fürsətdən istifadə edib zalın görüntülərini çəkdim. Təxminən 15 dəqiqə sonra Çilov adasına uçuşun bərpa edilməsi haqda məlumat verildi. Artıq günortaya az qalırdı. Düzü hamı bunu yaxşı əlamət kimi qəbul etməsə də uçuşun bərpa edilməsinə sevinirdik. Çünki heçkim eyni əziyyəti sabah yenidən çəkmək fikirində olana oxşamırdı.
      "vertalyotnu" şəhərin təxminən 60 km-liyində olan Pirallahı adasında yerləşir. Çilov adasında işləyənlərin bir çoxları rayonlarda yaşıyanlardı. Onlar adətən 15 gün adada 15 gün isə evlərində olurlar. Konkret iş qrafikinə malikdirlər. Hər dəfə smenə gələndə özləri ilə 15 günlük paltar və ərzaq tədarüklərini də gətirməli olurlar. Çoxlarının Bakı şəhərində qalmağa yerləri də olmur. Bu baxımdan reyslər növbəti günə qədər təxirə düşəndə bu insanların da işi əməlli başlı çətinləşir. Amma xoşbəxtlikdən bu dəfə bu baş vermədi.
    Axır ki, reysə minik baş verdi və vertalyot havaya qalxdı....


    Küləyin həyəcanı hələ də sərnişinlərin üzlərindən çəkilməyib. Əslində daimi sərnişinlər bu həyəcanı həmişə çəkirlər. hava şəraitində asılı olmadan. Jiloy adası sahildən təqribən 60-70 km məsafədə yerləşir. Helikopter bu məsafəni dəf etmək üçün 15 dəqiqə uçuş vaxtı sərf edir. Yuxarıdan dəniz boz rəngə boyanıb. Vahiməlidir. Amma hər kəs bunu büruzə verməməyə çalışır.



     Nəhayət 15 dəqiqə sonra vertalyot yerə enir. Hamının içindən dərin rahatlıq sezilir. Və hamı öz işinin başına tələsir. İdarədə artıq nahar vaxtıdı. Avtobuslar işçiləri yaşadıqları yataqxanalara daşımaqla məşğuldu. Kimiləri naharı ümumi yeməkxanada kimiləri isə qaldıqları yataqxanalarda edirlər. Onların tam olaraq nahar etmək və biraz da dincəlmək üçün 2 saata yaxın vaxtları var. Mən oruclu olduğumdan birbaşa bizim üçün ayrılmış qonaq evinə yollanıram. Ümumiyyətlə Jiloy adası mənə səliqəli hərbi hissə təəsüratı verir. Yeni əkilmi. ağaclar. rənglənmiş bardurlar, cəhrayı rəngə boyanmış inzibati binalar və hərbi şəhərciyə oxşayan çoxlu sayda"finski" evlər.


      Biz iş fəaliyətinə saat 3-də başladıq. 28 May NQÇİ-də işlər səhər saat 8-dən axşam saat 8-ə qədər davam edir. Təbii aradakı saatyarımlıq fasilə ilə birlikdə. Hərə öz işini görür və axşam saat 8 olduqda yənə də avtobuslar işçiləri qaldıqları yataqxanalara və evlərə daşıyır. Bu adada çalışanların əksəriyyəti ölkənin cənub bölgələrindən olduqlarına görə çoxsu inançlı insanlardı. Görünür bu baxımdan adanın ərazısində məscid fəaliyyət göstərir. İftar vaxtı adaya yayılan azanın səsi insan ruhuna xüsusi zövq bəxş edir.



      Adada işçilərlə yanaşı çoxlu sayda yerli əhali də yaşayır. Onların içində hətta ömürlərində bir dəfə də olsun adadan qırağa cıxmayanlar da var. Onların bakı şəhəri ilə əlaqəsi yalnız gəmi vasitəsi ilə olur. Yerli əhali adətən balıqçılıq və heyvandarlıqla məşğul olur. Adanın öz məktəbi, bağçası, tibb məntəqəsi, polisi və hətta poçt idarəsi də var. Eyni zamanda adanın ərazisində Azərbaycanın silahlı qüvvələrinə aid hərbi hissə də xidmət aparır. Məncə bu barədə geniş şərhə ehtiyac yoxdu.

2-ci gün
...səhər çox gözəl günəşli hava ilə başladı. Yüngül həzin meh dənizin iyini bütün adaya yayırdı sanki. Qərara aldım ki, axşam dəniz qırağına gedim. Amma hələlik işləmək lazım idi. Bizo idarəyə aparan avtobus sürücüsü deyir ki, vaxtı ilə bu adada çox sayda ruslar yaşıyarmış. Deyir o vaxt burda hamı balıqçılıq edirmiş. Qara kürünü xörəy qaşığı ilə yeyirlərmiş. Sürücü arada bir köks atıb o vaxtki diskotekaları və rus qızlarını da xatırladı.... Onların vaxtında ada daha rəngarəng və maraqlı olub, deyir. İndi yerli əhalinin sayı heç min nəfərədə çatmır.  Söhbetləşə söhbətləşə idarəyə çatdıq. Adi iş gününə qədəm qoyduq. Günün sonunda planlaşdırdığım kimi qəsəbəni gəzib dolaşıb sahilə gəldim. Heyif ki, iş paltarında idimş Yoxsa yaxşı çimmək olardı.

  Yaxşı olar ki, bəzi sözləri şəkillər desin:








Adanın ekaloji durumu da yaxşı qorunur demək olmaz. Çox sayda çirkablı gölməçələr var. Adam baxdıqca qəlbi ağrıyır.  Bir anlıq düşündüm ki, Socar gedib başqa ölkələrə sərmayə qoymaqdansa, Çernoqoriyada 4 milyard dollara ada alınca elə bu Çilov adasına biraz sərmayə buraxsa daha gözəl bir turizm mərkəzi yarada bilər. Amma nə xeyri, ortada başqa maraqlar var əlbət...


  Adanın sakinləri də çox bədbin ğörünürlər. Yay ayları olmasına baxmayaraq küçələr boşdur. Hamı işdən sonra öz otağına qapılıb televizorda səviyyəsiz kanallarımıza baxa-baxa yuxuya getməyi tərciyə edir. Sanki hamı stresdəymiş kimi yaşıyır. Nə küçədə gəzişən var, nə axam idmanı olaraq qaçan, nə dənizdə çimən hətta otağında kitab oxuyan belə yoxdu. Hamının dilində bir söz var. 1 həftəlik və ya 15 günlük "smenin" axırı gəlsəydi çıxıb gedərdik evimizə-eşiyimizə.
      Gecələr tam sükuta qərq olur.





3-cü gün.

      Şəhərə geri qayıtmalıyıq. Çalışdım bu yer haqqında 3 gün ərzində gördüklərimi sizinlə paylaşım. Nəqədər alındı bilmirəm amma əminəm ki. çoxlarınıza maraqlı oldu ve siz də bu yerləri görməyə həvəsləndiniz. İnşallah bir gün sizin da buralara yolunuz döşər.
    Gözəl hava var lakin bizim reysin helikopteri yenə də kecikir. Belə də ki, tələsən yerimiz də yoxdu. Saat 11:15 hamı ilə sağollaşıb Çilov adasını tərk edirik. 15 dəqiqəlik uçuşdan sonra Artyom adasındayıq. Yeri gəlmişkən onu da deyim ki, helikopterlə 15 dəqiqəlik uçuş belə adamı təyyarədə uzaq məsafəyə uçmaq qədər yorur.


 Artyom adasından yolumuzu artıq maşınla evə doğru davam etdiririk...


P.S. Hiss edirəm ki. bu mənim Çilov adasına sonuncu gəlişim oldu. Ola bilsin mən bir daha buralara gələ bilmədim.

No comments :

| Copyright © 2013 Blogs Namig Aghayev