Ya bu hökümət tərəfindən yaxşı hesablanmış "fərasətli" manevrdi ya da hökümətin "edib sonra düşünmək" kimi növbəti səriştəsizliyidi. Əslində ikinci versiyanı bu hökümətə daha çox yaraşdırmaq olur çünki biz bucür hallarla yol tikintiləri, binaların fasadlanması zamanı və s hallarda görmüşük. yol çəkmək, qazmaq, kanalizasiya xətti çəkməl, sonradan yənə qazmaq və s...
  Xatırlayırsınızsa ötən ayın son ayında neft məhsullarına aksiz vergilırinin artırılması nəticəsində benzin və digər neft məhsullarının qiymətində artım baş vermişdi. İlk baxışdan belə təəsürat yaranırdı ki, məqsəd büdcə daxil olmalarını artırmaqdır. Beləki, neft emalı zavodlarında neft məhsullarının ilkin qiymətləri dəyişməmiş, lakin vergilər kəskin surətdə artmışdır. O zaman cəmiyyət qiymət artımına görə Tarif Şurasını qınamış və bütün tənqidlərini sözügedən lazımsız şuraya yönləndirmişdi. Socarın isə bu işdə heçbir əəli olmadığı ortaya çıxmışdı. Sonra AVRO-3 standardları haqda söz-söhbətlər benzinin qiymətinin yenidən artacağı kimi qənaətlərə gətirib çıxartdı. Haqlı gözlənti idi. Çünki yeni standarta keçmək üçün SOCARa 1 mld dollar sərməyə lazım idi. Bunun açıqlamasını ötən yazılarımızda vermişdik(http://kingolvr.blogspot.com/2013/12/benzin-1-manat-olmayacaq.html). Lakin qiymətlərin yenidən artırılması hökümətin siyasəti üçün təhlükəli ola bilərdi. Onsuzda narazıçılığın baş alıb getdiyi ölkə cəmiyyətinə yeni bir səbəb vermək daha riskli ola bilərdi.
  Digər tərəfdən son iki aydı SOCAR köklü dəyişiklərə gedərək bəzi məsrəflərini azaltmaq qərarına gəlir. Strukturunda olan bəzi müəssisələr bağlanır, 30 minə yaxın işçini ixtisar etməyi planlaşdırır, nəqliyyat xərclərini azaltmaq üçün xidməti maşınları ləğv edir və hətta "paket" kimi bildiyimiz qara maaşlar 50 faiz azaldılır və ya təmamilə ləğv edilir. Lakin bu qənaətlər yenə də, AVRO-3 standartına keçmək üçün tələb edilən 1 mld dolları ödəmir. Demək daxili satış qiymətinin artması qaçılmazdır.
   Şahmat dili ilə desək hökümət düşür "vilkaya". Qərar vermək lazım gəlir, büdcə gəlirləri əsas götürülərək yenidən benzinin qiyməti qalxsın yoxsa SOCAR-in gəlirləri artsın deyə aksiz vergisi azalsın.  Burda bir misal yada düşür-"eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıb". Ayıb olsa da olmasa da Hökümətin bir qurumu olan Tarif Şurasının qaldırdığı aksiz vergisini  digər qurum Nazirlər Kabineti aşağı salır. Nəticədə qərar verilir, pərakəndə qiymət dəyişmədən neft məhsullarının aksiz qiyməti salınır aşağı əvəzində isə Socar daxili qiymətlər artırılır. 
  Misal: 1 tonu pərakəndə satış qiyməti 917 AZN olan A92 markalı benzinin pərakəndə satış qiyməti dəyişdirilmədən şirkətdaxili qiymət 290 azn-dən 412 azn artırılır. Olan aksiz vergisinə olur. daha aydın olsun deyə aşağıdakı cədvələ nəzər yetirə bilərsiz.  






























   İndi hökümətin nəyə görə budcənin yox Socarın maraqlarına üstünlük verdiyini isə qoy ekspertlər izah etsin. Anlaşılan budur ki, aksiz vergisi artan zaman qiyməti qalxan benzinin aksiz vergisinin qiymətinin azalmasından qiyməti aşağı düşməyəcək.

P.S. Bu halda heçolmasa Socarda maaşların artırılmasının yeri var.

12.02.2014

| Copyright © 2013 Blogs Namig Aghayev