Sən bu kainatın harasındasan ?

28.01.2014  

Hər birimizin ən böyük pröblemləri belə sağlamlığımızdan üstün deyil. Sağlamlıq insana yaşamaq üçün gərəkdir. 100 il yaşamış olsaq şox böyük ömür sürmüş sayılırıq. Erkən ölüm bizi üzər. Hələ bu yaxın adam olarsa lap üzülərik. 3-4 il yas tutarıq. Bir birmizə alışdığımız üçün. Böyük acılar və dərdlər çəkirik. "Sən olmasan mən yaşaya bilmərəm" deyərək. Beləliklə dəyərlər və münasibətləri aliləşdiririk. Əlçatmaq sandığımız arzularımız olur. Bu arzulara çatmaq üçün bir ömür yaşayırıq. Bu ömür boyu pislik və yaxşılıqlar edirik, sevinc və kədər hissi keçiririk, yorulub əldən düşürük və umidlənib həvəslənirik. Və bütün bunlar bizim hər birimizin dünyasında baş verir. Çünki hər bir insan özü özlüyündə araşdırılmalı, öyrənilməli bir dünyadır.

   Bir gün bir alim yuxusunda göylərə gedir və gəlib bir qapıya çatır. Qapını döydükdə qapını əcaib formalı biri açaraq bunun kim olduğunu soruşur.
-Mən insanam, "yer" planetindən gəlmişəm. Bəşəriyyətin ən dəyərli varlıqlarından biri-deyə alim cavab verir.
- Nə insan, nə "yer" ? Harda yerləşir bu yer ?  insanın danışdıqlarından birşey anlamayan qapıçı varlıq kitabxanaçı sayılan digər əcaib varlığı çağırır. İnsanı dinləyən kitabxanaçı onun hansı qalaktikadan gəldiyini soruşur.
-Biz onu "süd yolu" adlandırırıq-deyə insan cavab verir.
-Əziz insan. Siz bilirsinizmi nə qədər qalaktika mövcuddur? 100 milyondan çox. Sizcə mən bütün qalaktikaların adlarını yadda saxlamalıyammı ?
Kitabxanaçı insanın çaşqınlıq halına düşdüyünü görür və ona yazığı gələrək yardım etmək qərarına gəlir. Köməkçisini çağıraraq "Süd yolu" qalaktikası axtarmağı tapşırır. Kitabxananın qalaktikalar şöbəsinin 500 işçısı 3 səmavi həftə axtardıqdan sonra kartotekada GO 324572 nömrəsi altında qeydə alınan "Süd yolu" adlandırılan qalaktıkanı tapırlar.  Qalaktika tapıldıqdan sonra qərara alınır ki, GO 324572 üzrə mütəxəssis çağırılsın və bütün digər məlumatlar ondan soruşulsun. Mütəxəssis gəlir və bu qalaktika haqqında verilən bütün sualları cavablandırmağa hazır olduğunu bildirir.
    İnsan soruşur: - Mən bilmək istəyirəm siz Günəş sistemi haqqında nə bilirsiz ?
-Günəş sistemi ? hansı günəş sistemi ? mütəxəssis təəcüblə soruşur.
İnsan əsəbləşir. -Yox siz mənimlə zarafat edirsiz. Necə yəni hansı günəş sistemi. O sizin tapdığınız qalaktikada yerləşir. Orda başına çoxlu planetlər fırlanan bir ulduz var. Biz o ulduza Günəş deyirik. 
-hmm. Qalaktika üzrə mütəxəssis mızıldanır. 100 milyon qalaktikanın içindən birini güclə tapdıq. İndi də deyirsiz bir ulduz axtaraq ? Bu qalaktikada 200 milyardan çox ulduz var. Heç bilmirəm tapa biləcəyikmi. Bunun üçün gərək digər şöbələrdən də əlavə kömək cəlb edək.
  Bir neçə səmavi il keçdikdən sonra qalaktikalar üzrə mütəxəssi üzülmüş və əldən düşmüş halda gəlir.
- Mən o günəş dediyiniz ulduzu tapdım. Ancaq anlaya bilmirəm bu sizin nəyinizə gərəkdi. O da "sud yolu" qalaktikasında olan milyardlarla ulduzlardan biridir. Orta ölçülü, orta istilikli bir ulduzdu. Ətrafına da "planet" adlandırılan bir neçə cism fırlanır. Mən bu cisimləri də araşdırdım və aşkar etdim ki, hansısa birində çox kiçik mikroorqanizmlər yaşayır. Özünü insan adlandıran bu şəxs də həmin o mikroorqanizmlərdən biridir.
Bu yerdə insan özndən çıxır, hay həşir salmaq istəyir ki, yuxudan ayılır...


Rasselin kitabından bu hekayəni oxuduqdan sonra az qala sarsılacaqdım. İndiyə qədər planetin ən güclü varlığı saydığım insan mikroorqanizm imiş. Elmi texnikanı bu səviyyəyə gətirib çıxarmış insan bunca zaman boyunca sadəcə bir mikroorqanizm imiş. Biz hələ planetin güclü varlığı sayılırıq. Bəs onda bizdən də zəif olan canlılar və bitkilər nədir?  Bəlkə onların da öz sivilizasiyaları, dinləri, elmləri, alimləri, kitabxanaları, kitabxanaçıları, mütəxəssisləri mövcuddur. Kim bilir bəlkə bir gün hansısa okeanın dibindən bir mikrob, durub gəlib bizdən özünün ən dəyərli varlıq olduğunu elan edəcək...


P.S. 15-16 milyard il bundan öncə heçnədən bir partlayışla kainat formalaşmağa başlamışdır. 13 milyar il öncə kainatda 100 milyondan çox qalaktikalar formalaşır. Hər bir qalaktikada 100-500 milyard arası ulduzlar cəmləşir. Günəş sistemimiz "süd yolu" qalaktikasının mərkəzindən 27 megatrilyon  məsafədə yerləşir. Günəş sistemi qalaktika mərkəzinin ətrafında saatda 780 min kilometr sürətlə 2 milyon ilə bir dövrə vurur. günəş sisteminin öz diametri 4.5 mlrd kilometrdi. (Discovery)

 






.

No comments :

| Copyright © 2013 Blogs Namig Aghayev